"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Qaraçuxur bələdiyyəsi “Təmiz qəsəbə” layihəsinin icrasına başlayıb

--2015-10-23 / 10:33

Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun   Belediyye.info saytına verdiyi məlumata görə, “Yerli Demokratiya Həftəsi” müddətində Qaraçuxur Bələdiyyəsi bir sıra ciddi addımlar atıb.

Sədrin sözlərinə görə, Qaraçuxur Bələdiyyəsi həftə ərzində ümumrespublika tədbirlərdə aktiv iştirak edərək “Bir bələdiyyə azı bir layihə” təşəbbüsü çərçivəsində tərəfindən qəsəbənin sosial-iqtisadi inkişafında, quruculuq-abadlıq işlərində müəyyən işlər görmüş, “Təmiz qəsəbə” devizi adı altında gündəlik səliqə- səhman işlərini yerinə yetirilmişdir.

Qeyd edək ki, bələdiyyənin təşkilatıçılığı ilə “Təmiz qəsəbə” layihəsinin icrasına başlanılıb.

Bununla yanaşı bələdiyyələrin vətəndaşlarla əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə  həftə ərzində  “Açıq qapı” günləri keçirilmiş,  bələdiyyənin inzibati binası qarşısında “Bələdiyyə poçtu” qutusu asılmış, bələdiyyə sədri və üzvlərin içtirakıyla ərazidə 5- yerdə vətəndaşlarla görüş keçirikmiş,  habelə bələdiyyənin gördüyü işlər, qəbul olunan qərarlar, bələdiyyə büdcəsinin gəlir və xərcləri və digər məsələlər bələdiyyənin inzibati binası  qarşısında və foyedə lövhələrdə yerləşdirilmişdir.

Umumiyyətlə Qaraçuxur Bələdiyyəsinin 12-18 oktyabr tarixlərdə keçirdiyi  demokratiya həftəsində 274 nəfər iştirak edib və bələdiyyə poçtuna ünvanlanmış 15 sual cavablandırılmışdır.

Belediyye.info 

ŞƏRHLƏR